BİZNES

Azərbaycanın ən yaxşı ixracatçıları açıqlanıb

Azərbaycanda qeyri-neft sektoru üzrə 2022-ci ilin yanvar-aprel aylarında həyata keçirilən ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.

ENA.az xəbər verir ki, bu reytinq İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nın may sayında yerləşdirilib.

Qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluğuna 65,8 milyon ABŞ dollarla (il ərzində 26,7 % artıb) “MKT İstehsalat Kommersiya” MMC liderlik edir.

Digər yerləri isə 32,9 milyon ABŞ dollarla “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (43 % artıb), 23,6 milyon ABŞ dollarla “P-Aqro” MMC (9,3 % artıb)15,6 milyon ABŞ dollarla “Aqrovest” MMC (2,6 dəfə artıb)13,8 milyon ABŞ dollarla “STP Alüminium” MMC (69 dəfə artıb)13,1 milyon ABŞ dollarla “Mors Trading” MMC (əvvəlki il olmayıb), 12,2 milyon ABŞ dollarla “ZR-78 Company” MMC (əvvəlki il olmayıb), 9 milyon ABŞ dollarla “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC (32,3 % artıb)8,9 milyon ABŞ dollarla “Çinar Aqro” MMC (əvvəlki il olmayıb)8,7 milyon ABŞ dollarla “Product Service” MMC (əvvəlki il olmayıb) bölüşür.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə Azərbaycan Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” (208,4 milyon ABŞ dolları; illik müqayisədə 3,1 dəfə çox) başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: “SOCAR Polymer” MMC (72 milyon ABŞ dolları; 59,3 % çox), “Azərenerji” ASC (33,2 milyon ABŞ dolları; 43,7 % çox), "Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC (28,2 milyon ABŞ dolları; 18,5 % az), “AzerGold” QSC (25,1 milyon ABŞ dolları; 18 % az), “Azəripək” MMC (0,8 milyon ABŞ dolları; 14,3 % çox), “Azərbaycan Hava Yolları” QSC (0,7 milyon ABŞ dolları; 12,5 dəfə çox), Naxçıvan MR Dövlət Energetika Xidməti (0,3 milyon ABŞ dolları; 50 % çox), “Azərbaycan Dəmir Yolları” QSC (0,3 milyon ABŞ dolları; 4 dəfə az).

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)