Gündəm

Türkiyə Almaniya və Fransaya nota verib

Türkiyə Almaniya və Fransaya nota verib.

ENA.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Anadolu”ya müsahibəsində söyləyib.

Nazir deyib ki, Almaniya və Fransada PKK terror təşkilatının fəaliyyəti ilə əlaqədar bu ölkələrin Türkiyədəki səfirləri Xarici İşlər Nazirliyinə çağırılıb.

Qeyd edək ki, rəsmi Ankara Türkiyəyə qarşı mübarizə aparan PKK, PYD/YPG, DHKP-C və FETÖ kimi terror təşkilatlarının bəzi Avropa, eləcə də NATO-ya üzv ölkələrdə, həmçinin Finlandiya və İsveçdə mövcudluğuna son qoyulmasını tələb edir. Hər iki ölkədən nümayəndə heyəti mayın 26-da Türkiyəyə səfər edərək, dövlət rəsmiləri ilə bu barədə müzakirələr aparıblar.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)