Gündəm

Türkiyənin geyim brendləri Rusiya bazarına daxil olur

Türkiyənin bir neçə geyim və məişət malları istehsalçısı Rusiya bazarına daxil olmaq niyyətindədir.

ENA.az xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti məlumat yayıb.

Rusiya Federasiyasında türk biznesi ilə məşğul olan “Surenkok Moskva” şirkətinin rəhbəri Ömür Surenkok qeyd edib ki, söhbət “adL”, “Mudo”, “Ltb”, “Twist” və “İpekyol” brendlərindən gedir.

Sadalanan markaların bəziləri Rusiya bazarında bir vaxtlar təmsil olunub. Lakin Qərb pərakəndə satış şirkətləri ilə rəqabətə tab gətirə bilmədiyindən onlar bazarı tərk etmək məcburiyyətinqə qalıb.

Surenkokun sözlərinə görə, bu şirkətlər Moskva və ətraf regionlarda çoxlu satış məntəqələri açmağı planlaşdırır. İlk olaraq “adL” mağazaları açılacaq.

Rusiya Ticarət Mərkəzləri Şurasının prezidenti Dmitri Moskalenko türk şirkətləri ilə danışıqların aparıldığını təsdiqləyib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)