Sosial iqtisadiyyat

"İnflyasiyadan istifadə edənlər var"

“Azərbaycanda infilyasiya ilə bağlı rəqəmləri yoxlamağa ehtiyac var. Daxildə də bizim kifayət qədər problemlərimiz var”.

ENA.az-ın xəbərinə görə, bunu deputat Vahid Əhmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “2021-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində deyib.

"İqtisadiyyat Nazirliyi bu istiqamətdə xeyli işlər görür, amma kifayət deyil. Azərbaycanda gündəlik təlabat mallarının qiymətlərinə yenidən baxılmalıdır. İnflyasiyadan istifadə edənlər var", - deyə o, qeyd edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)