Birja

ABŞ ehtiyatları daha az artdı-neft bahalaşır

Çərşənbə günü neft qiymətləri ABŞ ehtiyatlarında gözləniləndən daha az artımla bağlı xəbərlər fonunda bahalaşıb.

Amerika Neft İnstitutunun (API) məlumatları mayın 20-də bitən həftə ərzində ABŞ-ın neft ehtiyatlarının 567 min barel artdığını göstərdi. Mütəxəssislər orta hesabla 690 min barel artım proqnozlaşdırırdılar.

Enerji ehtiyatları ilə bağlı rəsmi məlumat ABŞ Energetika Nazirliyi tərəfindən çərşənbə günü saat 18:30-da açıqlanacaq.

Londonun ICE Futures birjasında bugün saat 9:10-a Brent markalı neftin iyul fyuçerslərinin dəyəri bir barel üçün 114,94 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanış qiymətindən 1,38 dollar (1,22%) çoxdur. 

Nyu-York əmtəə birjasının (NYMEX) elektron hərraclarında iyul ayı üçün WTI neftinin fyuçerslərinin qiyməti bu vaxta kimi bir barel üçün 111,11 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın yekun dəyərindən 1,31 dollar (1,19%) çoxdur. 

WTI markalı neft dünən ABŞ Energetika Nazirliyinin Strateji Neft Ehtiyatından (SPR) daha 40,1 milyon barel neft satmaq niyyətini elan etməsindən sonra düşüb.

Treyderlərin diqqət mərkəzində Rusiya neftinə embarqo qoyulması məsələsinin Avropa İttifaqı tərəfindən davam edən müzakirəsidir. Daha əvvəl Financial Times yazıb ki, baş nazir Viktor Orban Rusiyaya qarşı neft embarqosunu Aİ liderləri səviyyəsində müzakirə etməyi əks-məhsuldar hesab edir, çünki bu tədbirlərlə bağlı hələlik konsensus yoxdur.

"Rusiyanın neft sektoruna qarşı Avropa sanksiyaları ilə bağlı razılaşmanın əldə olunması ehtimalı azalmaqda davam edir", - ANZ sorğusu qeyd edir.
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)