Gündəm

Bu ölkənin sabiq naziri ABŞ-da "Uber" sürücüsü işləyir - Video

Əfqanıstanın sabiq maliyyə naziri Xalid Payenda taksi sürücüsü işləyir.

ENA.com BBC-ə istinadla xəbər verir ki, o 9 aydan artıqdır ki, Əfqanıstanı tərk edib və ABŞ-a gəlib. Sabiq nazir hazırda Vaşinqton əyalətində aqreqator taksi şirkətində (veb- sayt və ya mobil proqramdan istifadə edərək sifariş tapmağa və sərnişin tapmağa imkan verən onlayn taksi sifarişi xidmətidir) sürücü kimi fəaliyyət göstərir.
X. Payenda həmçinin burada universitet tələbələri üçün Əfqanıstanla bağlı məsləhətlər verir və mühazirələr oxuyur.
O bildirir ki, Talibanın paytaxt Kabili ələ keçirməsindən bir müddət əvvəl ailəsi ilə birlikdə ölkəni tərk edib.

Qeyd edək ki, daha əvvəl “The Washington Post” onun “Uber” şirkətində işlədiyini bildirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)