BİZNES

Səhmdar cəmiyyətin sədri vəzifəsindən azad edilir – Yerinə təyinat olacaq

“Varvara Balıq” ASC səhmdarları İdarə Heyətinin sədri vəzifəsindən azad ediləcək.

ENA.az  Banker.az-a istinadən xəbər verir ki, 24 iyun 2022-ci il saat 11.00-da “Varvara Balıq” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı Yevlax rayonun Varvara kəndində yerləşən inzibati binada keçiriləcəkdir.

Ümumi yığıncağın gündəliyi “Varvara Balıq” ASC-nin 2021-ci maliyyə ili üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin təsdiq olunması; ASC-nin sədrinin tutduduğu vəzifədən azad edilməsi həmin vəzifəyə yeni şəxsin təyin edilməsi və digər məsələlər daxil edilib.

“Səhmdarlar ümumi yığıncağın gündəliyi üzrə materiallarla iş günləri saat 10.00-dan 17.00-dək, səhmdar cəmiyyətin Yevlax rayonun Varvara kəndində yerləşən inzibati binasında səhmdar cəmiyyətin rəhbərliyinə müraciət etməklə tanış ola bilərlər. Yığıncaqda bütün səhmdarların iştirakı vacibdir”- deyə, elanda deyilir.

1956-cı ildə yaradılmış, Yevlax rayonu, Varvara kəndində yerləşən “Varvara Balıq” müəssisəsi balıqartırma və balıqyetişdirmə ilə məşğul olur. “Varvara Balıq” ASC-nin nizamnamə kapitalı 3 018 000 manatdır. Şirkətin İdarə Heyətinin sədri Ramil Eyyubov Yaşar oğludur. İnvestisiya müsabiqəsi yolu ilə özəlləşdirilən “Varvara balıq” ASC “Az Varvara” MMC tərəfindən alınmışdı.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)