“Bakelektro”na əlavə maya qoyulacaq
2022-ci ilin iyun ayının 22-də saat 12:00-da “Bakelektro” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
- “Bakelektro” ASC-nin nizamnamə kapitalının səhmlərin nominal dəyərinin artırılması yolu ilə artırılması.
- Nizamnamə kapitalının artması ilə əlaqədar Cəmiyyətin nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi. Nizamnamənin yeni redaksiyada təsdiqi.
- Digər məsələlər. Yığıncağın gündəliyinə dair sənədlərlə cəmiyyətin yerləşdiyi ünvanda tanış olmaq mümkündür. Yığıncaqda bütün səhmdarların şəxsiyyəti təsdiq edən sənədlə (vəkil edilmiş nümayəndələr notarial təsdiq edilmiş etibarnamə və şəxsiyyəti təsdiq edən sənədlə) iştirakı vacibdir.
Ünvan Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov ev 625-dir.
Xatırladaq ki, “Bakelektro” 1998-ci ildə yaradılıb. Onun qanuni təmsilçisi Emin Hüseynağa oğlu Rzayevdir (“Azərenerji” ASC-nin prezidenti Baba Rzayevin qardaşı).