“Standard” sığortanın mənzilləri satışa çıxarıldı - QİYMƏTLƏR
LPO ASC“Standard Insurance” sığorta şirkətinin əmlaklarının satışı ilə bağlı hərrac keçiriləcəkdir.
Bakı 19.05.2022 Ləğv prosesində olan “Standard Insurance” sığorta şirkətinin ləgvetmə komissiyası tərəfindən şirkətə məxsus rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 (dörd) mənzil onların ümumilikdə satış qiyməti olan 875 000 (səkkiz yüz yetmiş beş min ) manata təkrar açıq hərraca çıxarılacaqdır. Hərrac “Əmlak Hərrac Mərkəzi” MMC tərəfindən 27 may 2022-ci ildə saat 11:00-da (növbəlilik qaydasında) keçiriləcəkdir.
Hərracda iştirak üçün satış qiymətinin 1%-i, yəni 8 750 ( səkkiz min yeddi yüz əlli ) manat məbləğində beh ödənilməlidir.
Hərrac predmetinin ətraflı təsviri aşağıdakı cədvəldə öz əksini tapmışdır:
Daşınmaz əmlak növü |
Ünvanı |
Ümumi sahəsi |
Hərrac qiyməti AZN |
Beh, AZN |
Rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 (dörd) mənzil |
Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsi. ev 251, mənzil 20
|
56.6 м² |
875 000 |
8 750 |
Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küç., ev 251, mənzil 49
|
46.5м² |
|||
Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsi. v 251, mənzil 50
|
52.7 м² |
|||
Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi. ev 96, mənzil 65 |
114.7 м² |
Hərrac barədə daha ətraflı məlumatla aşağıdakı linkde tanış ola bilərsiniz:
https://e-herrac.com/advertisement/dasinmaz-emlak/menzil/aciq-herracin-kecirilmesine-dair-elan-42
Ləğvetmə komissiyası həmçinin bildirir ki, şirkətin digər əmlaklarının qanunvericiliyə və təsdiq edilmiş hərrac qaydalarına əsasən açıq hərrac yolu ilə satışının təşkili davam edəcəkdir və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcəkdir.
Xatırladaq ki, əmlak ilkin olaraq 2.000.000 (iki milyon) manata şatışa çıxarılmışdır.