Gündəm

Zelenski: "Ukrayna qalib gələcək, amma bu, on minlərlə insanın həyatı bahasına olacaq"

"Ukrayna, şübhəsiz ki, Rusiya ilə müharibədə qalib gələcək. Amma bu, öldürülən on minlərlə insanın həyatına başa gələcək".

ENA.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski tələbələrlə söhbəti zamanı deyib.

"Müstəqilliyimizi qazanacağımıza şübhəm yoxdur. Bu da bizim tariximizdə olacaq, digər ölkələr kimi vuruşub qalib gələcəyik. Bunun qiyməti on minlərlə insanın həyatıdır. Biz hamımız seçim etməliyik ki, hansı Ukraynada yaşamaq lazımdır”, - Zelenski vurğulayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)