Sosial iqtisadiyyat

Baş nazirdən POS terminallarla bağlı Qərar

Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları”nın və “POSterminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları”nın təsdiq edilməsi barədə” Qərarında dəyişiklik edilib.

ENA.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Sifarişçi öz təşəbbüsü və ya kart istifadəçisinin istəyi əsasında təsərrüfat subyektində bu Qaydaların tələblərinə uyğun quraşdırılmış POS-terminalda əməliyyatın aparılması üçün ödənişə qəbul edilən kart (kartlar) barədə kart istifadəçisinin məlumatlandırılmasını təmin edir.

Həmçinin, POS-terminal vasitəsilə ödənişin qəbul edilməsi zamanı kart istifadəçisinə elektron və ya kağız daşıyıcıda özündə ən azı aşağıdakı məcburi rekvizitləri əks etdirən qəbzin (məlumatın) təqdim edilməsi təmin edilir və ya qəbzin (məlumatın) asanlıqla əldə edilməsi imkanı yaradılır:
5.3.1. bank ekvayerin və (və ya) xidmət mərkəzinin adı;
5.3.2. sifarişçinin adı və VÖEN-i;
5.3.3. qəbzin nömrəsi;
5.3.4. əməliyyatın tarixi (gün, ay, il) və vaxtı (saat, dəqiqə);
5.3.5. POS-terminalın kodu;
5.3.6. ödənişin məbləği və valyutası;
5.3.7. kartın təhlükəsizlik tələbləri çərçivəsində icazə verilən
rekvizitləri;
5.3.8. avtorizasiya kodu.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department