Avtomobil

Çin avtomobilləri “Moskviç” brendi altında yığılacaq

“KamAz” şirkəti Çin avtomobillərinin istehsalını keçmiş “Renault” zavodunda lokallaşdırmağı və “Moskviç” brendi altında buraxmağı planlaşdırır. ENA.az bu barədə “Vedomosti”yə istinadən xəbər verir.

Vurğulanır ki, avtomobillərin istehsalına 2022-ci ilin dördüncü rübündən gec olmayaraq başlanacaq: əvvəl adi mühərriklərlə, sonra isə elektrikli.

Mənbələrdən birinə görə, “KamAZ” hazırkı partnyoru “JAC” avtomobil istehsalçısı ilə danışıqlar aparır, Moskva isə digər Çin avtomobil istehsalçısı ilə əməkdaşlıq üzərində işləyir. Hansı modelin istehsal ediləcəyi hələ bəlli deyil.

Lokallaşdırma üçün “KamAz” daha yığcam model olan “JAC iEVS4” avtomobilini nəzərdən keçirir. Xatırladaq ki, mayın 16-sı “Renault”un Rusiyadakı zavodu orada “Moskviç” istehsal edəcəyini vəd edib. Onun əsas tərəfdaşının “KamAz” olduğu bildirilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)