Sosial iqtisadiyyat

Ən yüksək maaşı onlar alır - 3605 manat

2022-ci ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 13,4 faiz artaraq 809,0 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən (DSK)  verilən məlumata görə, əməkhaqqı neft-qaz sektorunda 3605,8 manat, qeyri neft-qaz sektorunda 754,8 manat təşkil edib.

Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 754,8 manat, özəl müəssisələrdə isə 872,6 manat olub.

Rəsmi məlumata görə. mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)