Sosial iqtisadiyyat

“Alstom” şirkəti Bakı, Gəncə və Ağdamda tramvay şəbəkəsinin tikintisində maraqlıdır

Fransanın “Alstom” şirkəti Azərbaycanda tramvay şəbəkəsinin yaradılmasına maraq ifadə edib. Bu barədə “Alstom” şirkətinin Azərbaycan üzrə icraçı direktoru Elşən Zeynalov bəyan edib.

O, xüsusilə qeyd edib ki, şirkət Bakı, Gəncə və Ağdam üçün nəzərdə tutulan tramvay şəbəkəsinin tikintisini dəstəkləməyə hazırdır.

“Alstom” Azərbaycanda lokomotivlərə texniki xidmət layihələrini, siqnalizasiya və dəmir yollarının avtomatlaşdırılması kimi infrastruktur layihələrini, eyni zamanda, Bakı, Gəncə və Ağdam şəhərləri üçün tramvay şəbəkəsini tikintisi layihələrini dəstəkləməyə davam etməyə hazırıdır”, - Zeynalov Fransanın Azərbaycandakı səfirliyində tədbir zamanı bildirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)