Bank

Azərbaycanda daha çox borc verən bankların siyahısına “Türk bankı” liderlik edir: 6 bankın kredit portfeli azalıb

Azərbaycanın maliyyə sektoru 2022-ci ilin yanvar-mart aylarında ümumilikdə 18 milyard manat kredit verib. Bunun 8 milyard 767.7 milyon manatı ev təsərrüfatlarına verilən kreditdir.  

Cəmi kreditlərin 3 milyard 523.0 milyonunu və ya 19,6%-ini dövlət bankları, 14 milyard manatını isə özəl banklar veriblər. Qeyri-bank kredit təşkilatları isə 479.6 milyon manat həcmində borc verə biliblər.

Ümumiyyətlə, onu da nəzərə alaq ki, bir qrup banklar dövlət sektoruna xidmət göstərməklə rahat şəkildə gəlirlilik əldə etsələr də, qalan banklar üçün əsas gəlir mənbəyi faizlə borc verməkdir.

ENA.az ölkə banklarının kredit portfeli üzrə dinamikasının renkinqini hazırlayıb. Renkinqə baxsaq, daha çox borc verməyi bacarmış bankların siyahısına Ziraat Bank Azərbaycan ASC liderlik edir. Bank ötən 3 ayda portfelini 13% artırıb. Bundan sonrakı yerləri isə Naxçıvanbank və Kapital Bank tutur.

Kreditlərin həcmi baxımından “qırmızı”nın ən son pilləsində isə BTB Bank qərarlaşıb. 

milyon manatla

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)