Qarabağ

Bayramovla Mirzoyan görüşəcək - TARİX AÇIQLANDI

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan mayın 13-də Düşənbədə Rusiya və Azərbaycan xarici işlər nazirliklərinin rəhbərləri ilə üçtərəfli görüşdə iştirak etməyə razılaşıb.

ENA.az xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, A.Mirzoyan bu gün rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı aparıb və o, Moskvanın təklifi ilə razılaşıb. Görüş MDB ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində baş tutacaq.



Lavrovla Mirzoyanın danışığında tərəflər Ermənistan hökumətinin başçısı Nikol Paşinyanın Rusiyaya rəsmi səfərinin yekunlarından məmnunluq ifadə ediblər. Onlar aprelin 19-da Ermənistanın baş naziri və Rusiya prezidenti Vladimir Putinin birgə bəyanatının müddəalarına tərəflərin sadiqliyini təsdiqləyiblər.

“Nazirlər Ermənistan, Rusiya və Azərbaycan liderləri arasında 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli sazişlərin icrası ilə bağlı fikir mübadiləsi aparıblar, həmçinin sərhədlərin müəyyən edilməsi və təhlükəsizliyi üzrə komissiyanın yaradılması məsələsinə toxunublar”, - məlumatda deyilir.

Ermənistan xarici işlər naziri İrəvanın regionda sülh və sabitliyin bərqərar olmasına, eləcə də Azərbaycanla hərtərəfli sülh sazişi üzrə danışıqlara hazır olduğunu bir daha təsdiqləyib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)