Gündəm

Polşa Ukraynaya 200 ədəd T-72 tankı və onlarla PDM verib

Polşa Ukraynaya 200 ədəddən çox T-72 tankı və onlarla PDM (piyadaların döyüş maşını) təqdim edib.

ENA.az Polşa radiosuna istinadla xəbər verir ki, bu miqdarda tank iki briqada qurmaq üçün yetərlidir.

Polşanın Baş naziri Mateuş Moravetski Ukraynaya hərbi texnikanın çatdırılması ilə bağlı məlumatı bir müddət öncə təsdiqləyib. Ölkənin Milli Təhlükəsizlik Bürosunun rəhbəri Pavel Solox isə öz növbəsində Polsat telekanalının efirində hərbi texnikanın sayını açıqlamasa da, onun əhəmiyyətli olduğunu vurğulayıb.

“Konkret say açıqlamayacağam. Polşa Ukraynaya hərbi yardım, o cümlədən T-72 tankları göndərib, göndərir və göndərməyə davam edəcək”, - deyə o bildirib.

Pavel Solox deyib ki, Polşa Ukraynaya göndərdiyi hərbi yardımın həcminə görə ABŞ və Böyük Britaniyadan sonra üçüncü ölkədir. Respublika artıq Ukraynaya ümumilikdə 1,6 milyard dollardan çox silah göndərib. Qeyri-rəsmi məlumatlara görə, onlardan bəziləri pulsuz, bəziləri isə kreditlə verilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)