Azərbaycanda dövlət qurumu yeni şirkət yaratdı
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində Satınalmaların Təşkili və Müqavilələrin İcrasına Nəzarət” MMC dövlət qeydiyyatına alıb.
ENA.az xəbər verir ki, yeni MMC-nin nizamnamə kapitalı 100 manatdır və qanuni təmsilçisi Məmmədov Samir Teymur oğludur.
Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Moskva Prospekti, ev.69a. ünvanıdır.