Rusiya 100 milyard "dollarını xırdaladı": ehtiyatlarını avro, yuana keçirdi
![](https://ena.az/uploads/news/2019-01/_businessinsider_c2a158478bf1666f4e470b7f8_o.jpg)
Bank Rusiya 100 milyard dollarını yuana, yen və avroya çevilib.
Nəticədə ABŞ dolları uzun müddətli birincilikdən düşüb.
"BI" xəbər verir ki, onun portfeldəki payı tarixi minimuma - 21,9%-ə düşüb. Halbu ki, hələ 2018-ci ilin martında bu 43,7% təşkil edirdi.
Təkcə 2018-ci ilin aprel-may aylarında Rusiya sanksiyalara etiraz kimi malik olduğu, 81 milyard dollar dəyərində ABŞ dövlət istiqrazlarının faizsiz satışını etdi.
Bu informasiya isə ABŞ maliyyə nazirliyinin açıqlamalrından bəlli olub. Bank Rusiyanın açıqladığı məlumata görə, dollarla olan ehtiyatlar 201 milyarddan 100 milyarda düşüb, avro ilə olan ehtiyatlar 44 milyard dollar artıb və 147 milyarda çatıb. Eyni zamanda Çin yuanına yatırımlar 44 milyard dollar artıb. Üstəlik, Rusiya Yapon yeni ilə rezerv saxlamağa başlayıb və ilkin həcmi 20,6 milyard dollardır.