Zelenskidən nüvə silahı barədə XƏBƏRDARLIQ

“Dünya Vladimir Putinin Ukraynada taktiki nüvə silahından istifadə etməsinə hazır olmalıdır”.
ENA.az xəbər verir ki, bunu CNN-ə müsahibəsində Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
O qeyd edib ki, bundan yalnız Ukrayna deyil, bütün dünya narahat olmalıdır.
Zelenskinin sözlərinə görə, Putin Ukrayna xalqının həyatına dəyər vermədiyi üçün nüvə və ya kimyəvi silahdan istifadə edə bilər.