Polşa XİN: “Rusiyanın hücumuna cavab verməyə hazırıq”
“Polşa Rusiyanın hücumuna cavab verməyə hazırdır”.
Bunu Polşa Xarici İşlər Nazirliyinin sözçüsü Lukaş Yasin deyib.
Onun sözlərinə görə, həm Polşa, həm də NATO Rusiyanın Alyansa üzv ölkələrə hücumuna cavab verməyə hazırdır:
“Biz buna həmişə hazırıq. Təkcə biz deyil, müttəfiqlərimiz də buna hazırdır. Vaşinqton müqaviləsinin 5-ci maddəsində deyilir ki, NATO-ya üzv istənilən ölkəyə hücum bütövlükdə Alyansa hücumdur. Vladimir Putinin Polşa, Litva, Latviya, Estoniyaya – üzv olarsa hətta Finlandiyaya – qarşı hər hansı təcavüzkar addımı bütövlükdə NATO üçün qırımzı xətdir”.
O əlavə edib ki, Rusiya Prezidentinin yeni “təcavüz aktı” etməsini istəməzdi.
Qeyd edək ki, Rusiyanın Bosniya və Hersoqovinadakı səfiri İqor Kalabuxov martın 20-də NATO-nu hədələmişdi:
“Bizim Polşa, Xorvatiya və Bolqarıstana qarşı planımızın olmadığını haradan bilirsiniz?”