Sənaye

Qazın məzənnə manipulyasiyasına verdiyi "töhfə"

Bloomberg məlumatlı mənbəyə istinadən xəbər verir ki, Avropa Komissiyası üzv ölkələrə Rusiya prezidenti Vladimir Putinin Rusiyadan qazın pulunun rublla ödənilməsinə dair fərmanının təhlilini təqdim edib və onun icrasının Rusiyaya qarşı sanksiyaları pozacağı ilə bağlı xəbərdarlıq edib.

Komissiyanın ilkin hüquqi təhlilinə görə, Putinin fərmanı proseduru əhəmiyyətli dərəcədə dəyişdirir və yeni hüquqi vəziyyət yaradır.

Agentliyin mənbəsinin sözlərinə görə, yeni prosedur “sövdələşmənin nə vaxt başa çatacağı və hansı məqamda alıcının öhdəliklərdən azad ediləcəyi” kimi “tam nəzarəti Rusiya dövlətinə verir”.

Bu, həm də Moskvaya məzənnəni öz xeyrinə manipulyasiya etməyə imkan verəcək.

Bundan əlavə, mexanizm Aİ-nin Ukraynada keçirilən xüsusi əməliyyata cavab olaraq qəbul etdiyi məhdudlaşdırıcı tədbirləri pozacaq.

Qeyd edək ki, Rusiya prezidenti qeyri-dost ölkələrlə təbii qaza görə ödənişlərin rubla keçirilməsi haqqında fərman imzalayıb.

"Biz belə ölkələrdən olan podratçılara aydın və şəffaf sxem təklif edirik. Rusiya təbii qazını almaq üçün onlar Rusiya banklarında rubl hesabları açmalıdırlar. Bu ilin aprelin 1-dən verilən qazın ödənişi məhz bu hesablardan həyata keçiriləcək", - prezident bildirib.

Bir sıra Aİ ölkələrinin rəhbərləri dəfələrlə bəyan ediblər ki, onlar Rusiya qazının rublla ödənilməsinə qarşıdırlar.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)