"Bank Respublika"nın səhmdarları toplanır
![](https://ena.az/uploads/news/2022-04/_ena_30c2946bf9b919190384f07eb_o.jpg)
"Bank Respublika" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
ENA.az xəbər verir ki, gündəlikdə duran əsas məsələlər 2021-ci il üçün kənar audit yoxlamasının nəticələri və 2021-ci ilin nəticələrinə görə mənfəətin bölüşdürülməsidir.
Səhmdarların toplantısı 30 may 2022-ci il tarixdə saat 11:00-da, Xaqani küçəsi, 21 ünvanında yerləşən bankın Baş ofisində keçiriləcək.