Sosial iqtisadiyyat

Mikayıl Cabbarov: “Ərzaq qiymətləri prioritetimizdir”

Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına və mövcud vəziyyətə uyğun olaraq, ərzaq qiymətləri prioritetdir və bununla bağlı antiinflyasiya tədbirləri haqqında imzalanmış müvafiq qərara əsasən fəaliyyət həyata keçirilir.

ENA.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov ötən gün Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş və bu ilin I rübünün yekunlarına həsr olunmuş müşavirədə bildirib.

M.Cabbarov qeyd edib ki, bu gün münaqişədə, müharibədə olan hər iki dövlət Azərbaycan üçün ərzağın həm ixracı, həm də idxalı nöqteyi-nəzərindən vacib tərəfdaş olduğuna görə, bu prosesləri də əlaqələndirilmiş şəkildə qurmağa çalışılır.

“İnflyasiyanın təbii olaraq Mərkəzi Bankla və digər aidiyyəti strukturlarla birlikdə aradan qaldırılması üçün qısamüddətli tədbirlərlə yanaşı, hesab edirik ki, orta və uzunmüddətli tədbirlərə də dair addımlar atıla bilər. Qaldırılan məsələlərin müsbət həllinə görə, xüsusilə də kiçik və orta sahibkarlığa, ərzaq istehsalçılarına güzəştli dövlət maliyyələşməsinin təmin edilməsində kapital yardımının göstərilməsində verdiyiniz dəstəyə görə fürsətdən istifadə edərək Sizə təşəkkürümü bildirmək istərdim”, - iqtisadiyyat naziri deyib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department