"Böyük ehtimalla yeni sədrin rəyi əsasında İdarə Heyətinin tərkibi tam dəyişəcək"

“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunun 25-ci maddəsinə əsasən Mərkəzi Bankın İdarə Heyətinin üzvləri vaxtından əvvəl yalnız konkret hallarda vəzifədən azad edilə bilər. Bu hallardan biri də istefa ərizəsinin təqdim edilməsidir. Başa düşdüyüm qədər, səlahiyyət müddətinin bitməsinə hələ 3 il qalan Elman Rüstəmov da ən azı formal olaraq məhz öz ərizəsi ilə vəzifəsindən azad edilir.

Eləcə də bnax: Yeni baş bankir kim olacaq? - DOSYE

Lakin Mərkəzi Bankın İdarə Heyətinin digər 3 üzvünün (Alim Quliyev, Vadim Xubanov və Aftandil Babayev) səlahiyyət müddəti artıq martın 7-də bitib. Onlar 7 mart 2017-ci ildə 5 il müddətinə təyin edilmişdilər. Taleh Kazımovdan fərqli olaraq, onları növbəti müddətə İdarə Heyətinin üzvü təyin etmədilər. Böyük ehtimalla yeni sədrin rəyi əsasında İdarə Heyətinin tərkibi tam dəyişəcək. Odur ki, yaxında bu məsələ də həll olunmalıdır. Güman edirəm ki, yeni tərkibdə Mərkəzi Bankın mövcud əməkdaşlarından da kimsə yer alacaq. Çünki işi daxildən bilən kadrlara zərurət var.

Əkrəm Həsənov
ekspert

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department