Azərbaycan və Ermənistan rəsmiləri görüşəcək
Cənubi Qafqazda regional əlaqələrin bərpa olunması ilə bağlı Üçtərəfli işçi qrupun növbəti iclası keçiriləcək.
ENA.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla danışıqların yekunları ilə bağlı birgə mətbuat konfransında bildirib.
Qeyd edək ki, növbəti iclas bu ay Moskvada keçiriləcək.
Xatırladaq ki, 2021-ci il yanvarın 11-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşünün yekunları ilə bağlı Baş nazirlərin müavinlərindən ibarət üçtərəfli işçi qrupun yaradılması qərara alınıb.