Aqrar

Qazaxıstan iyunun 15-dək taxıl və un ixracını məhdudlaşdırmaq niyyətindədir

Qazaxıstan 15 iyun tarixinədək taxıl və unun ixracına məhdudiyyətlər qoymağı planlaşdırır. Bunu kənd təsərrüfatı naziri Yerbol Karaşukeev bildirib.

"Hazırda qaydaların razılaşdırılması proseduru aparılır. Yaxın gələcəkdə, mən hesab edirəm ki, 2 həftə ərzində tətbiq ediləcək. Biz iyunun 15-dək bu qaydanın qüvvədə olmasını təklif etmişik”, - Karaşukeev parlamentdə bildirib.

Qazaxıstanda 2021-ci ildə taxıl və paxlalı bitkilərin ümumi yığımı 2020-ci ildəki 20,1 milyon tona qarşı (18,2% azalma) 16,4 milyon tondan çox təşkil edib. Azalma ölkənin bir sıra rayonlarında müşahidə olunan quraqlıq ilə əlaqədar olub.

Həmçinin bildirilib ki, Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyi 2021-2022-ci kənd təsərrüfatı ili üçün taxıl ixracı proqnozunu artırıb, respublika təxminən 7-7,3 milyon ton ixrac etmək niyyətindədir.
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)