BNA böyük tender elan edir - ŞƏRTLƏR
Bakı Nəqliyyat Agentliyi balansında olan dayanacaq pavilyonlarında mövcud olan çatışmazlıqların aradan qaldırılması məqsədilə lazım olan mal, iş və xidmətlərin satın alınması üzrə tender elan edir.
ENA.az xəbər verir ki, tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı 27.04.2022-ci il saat 14:30-a kimidir və iştirak ödənişi 450 manatdır.
Təşkilati və hüquqi sənədlər:
Tenderdə iştirak etməklə bağlı ərizə - iştirak üçün müraciət ərizəsi iddiaçı tərəfindən rəsmi blankda (ödənişin edildiyi tarixlə) yazılaraq imzalanmalı, möhürlənməli və skan edilərək pdf formatında yerləşdirilməlidir.
Rekvizitlər - şirkətin rəsmi blankında imzalanmalı, möhürlənməli və pdf formatında yerləşdirilməlidir.
İddiaçının son bir il ərzində maliyyə vəziyyəti haqqında bank arayışı - sənədin (elandan sonrakı tarixə) originalı skan edilməli və pdf formatında yerləşdirilməlidir.
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsindən sahibkarlıq subyektinə dair arayış - sənədin (elandan sonrakı tarixə)originalı skan edilməli və pdf formatında yerləşdirilməlidir.
2020-ci il üzrə fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının təsdiqlənmiş surəti (2020-ci il üçün mənfəət vergisinin bəyannaməsi) - sənədin originalı skan edilməli və pdf formatında yerləşdirilməlidir.
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə, cari tarixə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarına borcunun olmaması,son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmamasına dair və vergi dövriyyəsi haqqında arayış - sənədin (elandan sonrakı tarixə) originalı skan edilməli və pdf formatında yerləşdirilməlidir.
Dövlət reyestrindən çıxarış - sənədin elandan sonrakı tarixə notarial qaydada təsdiqinin skan edilmiş surəti pdf formatında yerləşdirilməlidir (natariusun möhür və imzası olan səhifə də skan edilərək əlavə edilməlidir).
Dövlət qeydiyyatı haqqında şəhadətnamə - sənədin elandan sonrakı tarixə notarial qaydada təsdiqinin skan edilmiş surəti pdf formatında yerləşdirilməlidir (natariusun möhür və imzası olan səhifə də skan edilərək əlavə edilməlidir).
Nizamnamə - sənədin elandan sonrakı tarixə notarial qaydada təsdiqinin skan edilmiş surəti pdf formatında yerləşdirilməlidir (natariusun möhür və imzası olan səhifə də skan edilərək əlavə edilməlidir).
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Səkinə Şahbazi
Əlaqə: +994 124047945 (2189)