Putin dost olmayan ölkələrə qazın rublla satılması haqqında fərman imzalayıb
Rusiya Prezidenti Vladimir Putin Rusiya qazının “dost olmayan ölkələr”ə rublla satışının yeni qaydası haqqında fərman imzalayıb.
ENA.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
“Biz belə ölkələrdən (“dost olmayan” – “Report”) olan müqavilə tərəflərinə aydın və şəffaf sxem təklif edirik. Rusiya təbii qazını almaq üçün onlar Rusiya banklarında rubl hesabları açmalıdırlar. Ödənişlər sabahdan - bu ilin aprelin 1-dən başlayaraq bu hesablar üzərindən edilməlidir”, - V.Putin aviasiya sənayesi ilə bağlı müşavirədə çıxış edib.
O əlavə edib ki, həmin ölkələrin yanacağın rublla ödənişindən imtina etməsi öhdəliyi icra etməmələri kimi hesab olunacaq və bu halda mövcud müqavilələr dayandırılacaq.
Bildirilib ki, “Qazprombank” xarici alıcılar üçün qaz tədarükünü ödəmək məqsədilə səlahiyyətli bank kimi təyin edilib.
Eyni zamanda Fransa İqtisadiyyat Nazirliyi G7 ölkələrinin qazı başqa valyutada ödəməyəcəyini bildirib.
Nazirlik Rusiyanı müqavilənin müddəalarına riayət etməyə çağırıb.