Sığorta

“PAŞA Həyat Sığorta”nın əmanətləri, aktivləri azaldı: hesabat

Azərbaycanın ixtisaslaşmış həyat sığortası şirkəti “PAŞA Həyat Sığorta”nın 2020-ci ilin sonuna şirkətin mənfəəti 21 milyon 773 min 569,5 manat təşkil edib. Beləliklə, PAŞA Həyat Sığorta 2021-ci ildə xalis mənfəətini 18,6% azaldıb. 2020-ci ildə xalis mənfəəti  isə 17 milyon 714 min 203,39 manat təşkil edib.

Audit hesabatı ilə təsdiqlənən maliyyə hesabatlarına əsasən, şirkətin 2021-ci il üzrə gəliri 291 milyon 779 min 234,05 manat təşkil edib. Bunun 312 milyon 230,049 min manatı sığorta haqlarından formalaşıb. Bu, 2020-ci illə müqayisədə 28,5% artım deməkdir. İnvestisiya gəlirləri isə 22 milyon 145,006 min manat təşkil edib. Eyni zamanda, 2021-ci ildə şirkətin sığorta ehtiyatları mənfi 3 milyon 500 006 min manat təşkil edib ki, bu da gəlirlərin azalmasına səbəb olub. Hesabat ilində qalan gəlir digər maddələr üzrə əldə edilib.

Şirkətin xərcləri 268 milyon 210 min 113,48 manat təşkil edib. O cümlədən, sığorta ödənişlərinin həcmi 204 milyon 973,762 min manat olub ki, 2020-ci illə müqayisədə 8,1% artım deməkdir. Xərclərin 53 milyon 849,903 min manatı sığorta fəaliyyətinin təşkil olunmasına yönəldilib. 

2021-ci ilin sonuna şirkətin vergidən əvvəlki mənfəəti 23 milyon 569 min 120,57 manat təşkil edib. Mənfəət vergisi ödənişləri 5 milyon 854 min 917,18 manat həcmində olub.

Ötən il “PAŞA Həyat Sığorta”nın aktivləri 0,7% azalaraq - 393 milyon 531,595 min manata, öhdəlikləri 0,2% azalaraq 327 milyon 28,593 min manata, kapitalı 2,8% azalaraq 66 milyon 503,001 min manata düşüb.

2020-ci ildə şirkətin banklarda yerləşdirdiyi əmanətlərinin həcmi 36,8% azalaraq 81 milyon 952,422 min manat olub.

“PAŞA Həyat Sığorta” sığorta fəaliyyəti üçün lisenziyanı 2011-ci il fevralın 14-də alıb. Şirkətin nizamnamə kapitalı 40,25 milyon manatdır. Şirkətin yeganə səhmdarı PAŞA Holdinqdir. Şirkət mükafatların toplanması və ödənişləri baxımından bazar lideridir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)