“Ermənistan Azərbaycanın təklifinə cavab verib”

“Ermənistan ATƏT-in Minsk Qrupu vasitəsilə sülh sazişinin bağlanmasına dair Azərbaycanın təklifinə cavab verib”.
ENA.az “TASS”a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında çıxışı zamanı deyib.
!@#
“Azərbaycan martın 10-u Ermənistana 5 bənddən ibarət təklif təqdim edib. Martın 14-ü biz buna Minsk Qrupu vasitəsilə yazılı şəkildə cavab verdik”, - deyə Paşinyan söyləyib.











