Zeynab Kazımovaya Hesablama Palatasında vəzifə verildi
Hesablama Palatasına yeni mətbuat katibi təyin olunub.
Vüqar Gülməmmədovun əmrilə jurnalist, Azərbaycanın yeganə fransızdilli “Le Carrefour” qəzetinin baş redaktoru Zeynab Kazımova qurumun mətbuat katibi təyin edilib.
Hesablama Palatasından faktı təsdiqləyiblər.
Qeyd edək ki, Z.Kazımova bu təynatadək Dövlət Gömrük Komitəsi Akademiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb