TURİZM

İstanbul Hava Limanı ortaqları paylarını satışa çıxartdılar

 

İstanbul Hava Limanında ortaq olan iki şirkət - Limak və Mapa İstanbul Hava Limanındakı paylarını satırlar. “Limak İnvestment Holding” və “Mapa İnşaat” İstanbul Hava Limanındakı paylarını digər tərəfdaşlara satmaq barədə razılığa gəlib.

Bloomberg-ə danışan mənbələrə görə, satışdan sonra Kalyon İnşaat yüzdə 55, Cengiz İnşaat isə 45 faizə sahib olacaq. Mənbə bildirib ki, satışdan sonra Limak Türkiyədə enerji və infrastruktur sərmayələrinə diqqət yetirməyi hədəfləyir.

Əməliyyatların tamamlanması üçün Rəqabət Qurumunun təsdiqi gözlənilir.

Qeyd edək ki, 2019-cu ildə Kolin İnşaat 20% payını Kalyon və Cengiz şirkətlərinə satdı. Beş tərəfdaşı olan İGA Hava Limanları Əməliyyatları 2013-cü ildə İstanbul Hava Limanının tikintisi və istismarı üçün bərabər paylarla yaradılmışdı.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)