Sığorta

“Qala Həyat Sığorta” bankdakı pulunu 61% artırıb

2021-ci ildə “Qala Həyat Sığorta” şirkətinin xalis mənfəəti 4 milyon 741 min 43,99 manat olub. Bu, 2020-ci ilin sonu ilə müqayisədə 2,2 dəfə çoxdur.

Şirkətin auditor rəyi ilə təsdiqlənmiş maliyyə hesabatına əsasən, 2021-ci ildə gəlirləri 19 milyon 350 min 919,3 manat olub. Sığorta haqları 20,3% artaraq 19 milyon 184,392 min manat təşkil edib, qalan gəlirlər digər maddələrin payına düşür.

2021-ci ildə şirkətin xərcləri 13 milyon 205 min 233,05 manat olub ki, bunun 3 milyon 119,408 min manatını sığorta ödənişləri təşkil edir. Qeyd edək ki, hesabat ilində sığorta ödənişləri 23% azalıb. Geri qaytarılan sığorta haqları 1 milyon 451,138 min manat, təkrar sığortaya verilən sığorta haqları 341,777 min manat, şirkətin fəaliyyət xərcləri 8 milyon 244,462 min manat təşkil edib. Qalan xərclər digər maddələrin payına düşüb.

2021-ci ildə şirkətin vergi ödənilənədək mənfəəti 6 milyon 145 min 686,25 manat, mənfəət vergisi üzrə ödənişlər 1 milyon 404 min 642,26 manat təşkil edib.

Hesabat ilində şirkətin aktivləri 17,2% - 45 milyon 630,651 min manata, öhdəlikləri 67,7% - 22 milyon 211,859 min manata qədər artıb, kapitalı 8,8% – 23 milyon 418,792 min manata qədər azalıb.

2021-ci ildə şirkətin banklarda yerləşdirilmiş depozitlərinin həcmi 60,6% artaraq 9 milyon 100 min manata çatıb. 

“Qala Həyat Sığorta” şirkəti 2008-ci ilin iyul ayında sığorta fəaliyyəti üçün lisenziya alıb və sığorta haqlarının yığım həcminə görə aparıcı şirkətlərin onluğuna daxildir. Şirkətin nizamnamə kapitalı 13 milyon 41,6 min manata bərabərdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)