Azərbaycan banklarının xarici borcları 26% artıb
Azərbaycanda fəaliyyət göstərən bankların xarici öhdəlikləri 2022-ci il fevralın 28-nə 1 milyard 334,4 milyon manat təşkil edir ki, bu da ötən ilin sonuna olan göstəricidən 25,5% çoxdur.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2022-ci ilin fevral ayında bankların xarici öhdəlikləri 25,2% və ya 268,5 milyon manat artıb. Fevralın sonuna Azərbaycan banklarının xalis xarici aktivləri 5 milyard 671,6 milyon manat təşkil edir ki, bu da 2021-ci ilin sonuna olan göstəricidən 2,3% azdır.
Fevral ayında bankların xalis xarici aktivləri 466,2 milyon manat və ya 7,6% azalıb.
Qeyd edək ki, Azərbaycan banklarının xarici öhdəlikləri qeyri-rezidentlərdən cəlb edilən kredit və depozitlərdən, qeyri-rezidentlərdə yerləşdirilən qiymətli kağızlardan formalaşır.
2021-ci ildə Azərbaycan banklarının xarici öhdəlikləri 12,9% azalıb.