Ceyhun Bayramov Almaniyaya getdi
29 mart 2022-ci ildə Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov işgüzar səfərlə Almaniya Federativ Respublikasına yola düşüb.
Bu barədə Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsindən ENA.az-a verilən məlumatda bildirilib.
Qeyd edilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.