Azərbaycandan pomidor ixracı kəskin artıb
2022-ci ilin ilk 2 ayı ərzində Azərbaycandan 24 milyon 517 min dollar dəyərində 20 min 386 ton pomidor ixrac edilib.
ENA.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin aylıq hesabatında bildirilir.
2021-ci ilin ilk 2 ayı ərzində Azərbaycandan 14 milyon 236 min dollar dəyərində 13 min 664 ton pomidor ixrac edilmişdi. Beləliklə, pomidor ixracı dəyər ifadəsilə 72,2%, miqdar ifadəsilə 49,2% artıb.
2022-ci ilin Yanvar ayında Azərbaycandan 13 milyon 741 milyon dollar dəyərində 11 min 470 ton pomidor ixrac edilmişdi.