Hadisə

Rusiyanın qızıl ehtiyatlarından istifadəsinə də sanksiya qoyula bilər

Böyük Britaniyanın baş naziri Boris Conson Rusiyaya qarşı sanksiyaların onun qızıl ehtiyatlarına da şamil edilməsini təklif edib.

"İqtisadi nöqteyi-nəzərdən daha çox iş görməliyik. Məsələn, biz Rusiyanın pul ehtiyatından əlavə, qızıl ehtiyatından istifadənin qarşısını ala bilərikmi?" Conson cümə axşamı Londonun LBC radiostansiyasında deyib.

Böyük Britaniya daha əvvəl Rusiya Federasiyası və Belarus malları üçün ən əlverişli ticarət rejiminin ləğvini elan etmişdi. Bundan əlavə, London dəyəri 900 milyon funt sterlinqdən çox olan siyahıdakı mallara əlavə 35% rüsum tətbiq etmək qərarına gəlib. Söhbət dəmir, polad, gübrə, taxta, dəmir yolu qabları, sement, mis, alüminium, gümüş, qurğuşun, avtomobil, gəmi, araq, sirkə, şüşə və şüşə qablar, sənət əsərləri və əntiq əşyalar, xəzlər, ağ balıq və s. gedir. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)