Əsas məzmuna keç
Bakı +17°, tufanlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Sağlamlıq

Gürcüstanda pandemiyanın endemiyaya çevrildiyi elan olunub

Gürcüstanda pandemiyanın endemiyaya çevrildiyi elan olunub

“Bütün əlamətlər göstərir ki, Gürcüstanda koronavirus pandemik yayılmadan endemik yayılmaya keçir”.

Bunu ölkənin səhiyyə nazirinin müavini Tamar Qabuniya brifinqdə deyib.

O bildirib ki, Gürcüstanda epidemioloji vəziyyətin sürətli templərlə yaxşılaşdığını təsdiqləyən bütün göstəricilər var:

“Bu, o demək deyil ki, vəziyyət diqqətdə saxlanılmamalıdır. Qoruyucu maskadan imtina etmək hələ olmaz. Hesab edirik ki, infeksiyanın yayılması pandemik deyil, daha lokal olacaq”.