ABŞ Rusiya elitasının bank hesablarını axtarır- Beynəlxalq qrup yaradıldı
ABŞ Rusiya elitasının Qərb ölkələrindəki bank hesablarının axtarışı və üzərinə həbs qoyulması üçün beynəlxalq qrup yaradıb.
Bu barədə ABŞ-ın Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, beynəlxalq qrupa ABŞ, Avstraliya, Almaniya, Avropa Komissiyası, Böyük Britaniya, Kanada, Fransa, İtaliya və Yaponiya daxildir.
Qeyd olunub ki, ABŞ maliyyə naziri Cenet Yellen və Baş prokuruor Merrik Qarland iştirakçı dövlətlərin nümayəndələri ilə virtual görüş keçirib.
“Son 3 gündə xarici tərəfdaşların ABŞ-ın hüquq-mühafizə orqanlarına təqdim etdikləri informasiya sanksiya tətbiq olunan fiziki və hüquqi şəxslərə nəzarətə, bir neçə gəminin saxlanılmasına imkan yardım edib”, – nazirlikdən bildirilib.
Məlumata görə, saxlanılan gəmilər milyonlarla dollar dəyərindədir.