MALİYYƏ

Yanvar ayında Azərbaycan mineral gübrə idxalını 85% azaldıb

2022-ci ilin yanvar ayında Azərbaycana 4 917 ton mineral gübrə idxal edilib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 85,1% azdır. Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkəyə idxal olunan mineral gübrələrin ümumi dəyəri $2 milyon 109,3 min (azalma 71,2%) təşkil edib.

Bundan başqa, yanvarda Azərbaycana $116,4 min dəyərində (azalma 43,2%) 1 min ton (azalma 17,3%) sement və sement klinkeri idxal edilib.

Hesabat dövründə respublikaya $4 milyon 869,8 min dəyərində (artım 30,8%) 3 min 373,3 ton (azalma 2,9%) polietilen idxal edilib.

Yanvarda Azərbaycana $20 milyon 412,7 min dəyərində 18 min ton metalyayma məhsulu (artım 4,1%), $5 milyon 692,2 min dəyərində 6,732 min ton qara metaldan hazırlanan çubuqlar (azalma 35,4%), $3 milyon 68,1 min dəyərində 2 min 806,8 ton qara metaldan hazırlanan günyə (artım 2,7 dəfə), $12 milyon 391,4 min dəyərində 8,176 min ton qara metaldan hazırlanan boru (artım 0,6%) idxal edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)