Gündəm

“Çelsi” üçün 3.5 milyard dollar təklif edilib

Səudiyyə Ərəbistanı şirkəti İngiltərənin “Çelsi” klubunu ala bilər.

“Saudi Media Group” London təmsilçisinə sahib olmaq üçün rəsmi təklif də göndərib.

“Zadəganlar” 3.5 milyard ABŞ dolları məbləğində rəsmi təklif alıb.

Şirkətin sahibi Məhəmməd Alkereyci “Çelsi” azarkeşidir. “Saudi Media Group”un yerli hökumətlə əlaqəsi yoxdur. Satış gerçəkləşəcəyi təqdirdə, klubda yeni titul sponsoru olacaq. Bu, ya Səudiyyə Ərəbistanının NEOM şirkəti, ya da yeni milli aviaşirkət olacaq.

Qeyd edək ki, Roman Abramoviç fevralın 26-da klubun idarəçiliyini “Çelsi” Xeyriyyə Fondunun qəyyumlarına təhvil verib. Martın 2-də isə o, klubu satmaq niyyətində olduğunu açıqlayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)