Marketinq və reklam

AccessBank-dan hüquqi şəxslər və fərdi sahibkarlar üçün komissiyasız xidmət!

AccessBank hüquqi şəxslər və fərdi sahibkarlar üçün xüsusi kampaniyaya start verir.

ENA.az xəbər verir ki, kampaniyaya əsasən, AccessBank-da hesab açan yeni müştərilər SWIFT əməliyyatları həyata keçirərkən heç bir komissiya haqqı ödəməyəcəklər. 

Təklif yeni müştərilərin ilk ay ərzində məcmu halda 200 000 AZN ekvivalentindən artıq olmayan xarici valyutada olan köçürmələrinə şamil edilir. 

Qeyd edək ki, AccessBank-ın ABŞ və Avropanın nəhəng maliyyə qurumlarında xarici valyutada müxbir bank hesabları var.

AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 14-ü bölgələrdə olmaqla 29 filialı fəaliyyət göstərir.

Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin https://www.accessbank.az saytına, və ya bankın sosial media hesablarına (FacebookInstagramLinkedIn) daxil olmaq olar.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department