Hadisə

Qazaxıstan və Türkiyə şirkətləri Rusiyaya uçuşları dayandırdılar

Qazaxıstanın “Air Astana” aviaşirkəti kommersiya uçuşları üçün sığorta təminatının dayandırılması ilə əlaqədar Rusiyaya uçuşları dayandıracaq. Bunu aviaşirkətin mətbuat xidməti bugün bildirib.

“Air Astana təəssüflə bildirir ki, Rusiya Federasiyasından/Rusiya Federasiyasına və onun ərazisi üzərindən kommersiya uçuşları üçün sığorta təminatının dayandırılması ilə əlaqədar bu istiqamətdə bütün uçuşlar dayandırılacaq”, - mesajda deyilir.

İzah edilir ki, aviaşirkət uçuşların tez bir zamanda bərpası üçün Qazaxıstan hökuməti ilə bu məsələləri təcili həll edir.

“Ləğv edilmiş reyslərin sərnişinlərindən ödənişin tam həcmdə ödənilməsi üçün satınalma yeri ilə əlaqə saxlamalarını xahiş edirik”, - məlumatda deyilir.

Bundan əvvəl “Air Astana” operativ səbəblərə görə Qazaxıstandan Rusiyanın bir sıra şəhərlərinə uçuşları müvəqqəti dayandırdığını açıqlamışdı. 

Türkiyənin loukosteri olan Pegasus Hava Yolları isə 2022-ci il martın 13-dən 27-dək Rusiyaya uçuşları dayandırır. Bu barədə cümə axşamı aviadaşıyıcının mətbuat xidməti məlumat yayıb.

“Bu şəraitdə (Rusiyaya qarşı sanksiyaların tətbiqi) əməliyyat riskləri səbəbindən Rusiya Federasiyasına və Rusiya Federasiyasından bütün uçuşlarımız 2022-ci il martın 13-dən (daxil olmaqla) 27 mart 2022-ci il tarixinədək müvəqqəti olaraq dayandırılıb. Bu tarixlərdə Moskva, Sankt-Peterburq, Mineralnıye Vodı, Qroznı, Mahaçqala və Krasnodara reyslərdə olan qonaqlarımız biletin pulsuz dəyişdirilməsi və pulun tam geri qaytarılması hüququna malikdir”, - məlumatda deyilir. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)