Rəsmi

Prezident deputata yüksək vəzifə verdi

Prezident İlham Əliyev “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna yeni sədr təyin edib.

ENA.az xəbər verir ki, sərəncama əsasən, Şahin Kamil oğlu Seyidzadə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin olunub.

Eləcə də bax: Dövlət Əmək Müfəttişliyi Xidmətinə yeni rəis təyin olunub

Dövlət başçısının digər sərəncamı ilə Əsgər Əyyub oğlu Ələkbərov “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

Qeyd edək ki, 43 yaşlı Şahin Seyidzadə hazırda Milli Məclisin deputatıdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)