Gündəm

Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı rəsmi müraciət edəcək

Gürcüstan Avropa İttifaqına sürətləndirilmiş qaydada üzv qəbul olunmaqla bağlı sabah rəsmi müraciət edəcək.

Bu barədə hakim Gürcü Arzusu Partiyasının sədri İrakli Kobaxidze keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, müvafiq qərar partiyanın Siyasi Şurasının üzvləri ilə məsləhətləşmədən sonra qəbul olunub.

İ.Kobaxdize xatırladıb ki, Gürcüstan Aİ-yə üzvlüklə bağlı müraciəti 2024-cü ildə təqdim etməyi planlaşdırırdı: “Lakin ümumi siyasi kontekst və yeni reallığı nəzərə alaraq, Gürcüstanın Avropa İttifaqına üzvlüyə namizəd statusu almaq üçün dərhal müraciət etməklə bağlı qərar qəbul olundu”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)