BİZNES

Rəsmi Moskva xarici səhmdarların Rusiya aktivlərindən çıxmasına qadağa qoyur

Rəsmi Moskva xarici sərmayədarların Rusiyadakı aktivlərdən çıxmasına müvəqqəti məhdudiyyət qoyacaq.

Baş nazir Mixail Mişustin bu barədə məlumat verib. Onun sözlərinə görə, hazırda əcnəbi iş adamları iqtisadi amillərə əsaslanmır, siyasi təzyiqlərə məruz qalaraq qərarlar qəbul edirlər.

Bu səbəbdən hökumət xarici biznesin Rusiya aktivlərindən çıxmasına müvəqqəti qadağa qoyur. Yaxın günlərdə Prezident Vladimir Putinin qərarla bağlı fərman imzalayacağı gözlənilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)