“Shell” Rusiya bazarından çıxır
İngiltərənin “Shell” şirkəti “Saxalin - 2” layihəsi də daxil olmaqla “Qazprom” və “Qazprom Neft” ilə birgə müəssisələrdən çıxmaq, həmçinin “Şimal axını - 2”də iştirakını dayandırmaq qərarına gəlib.
ENA.az xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilir.
Eləcə də bax: Azərbaycanda bəzi banklar rublla əməliyyatları dayandırdı
““Shell”in Direktorlar Şurası bu gün “Qazprom” və əlaqəli qurumlarla, o cümlədən “Saxalin-2” maye qaz zavodunda 27,5% pay və “Salım Petroleum”da 50% pay da daxil olmaqla, birgə müəssisələrdən çıxmaq niyyətini açıqlayıb. “Şhell” həmçinin “Şimal axını - 2” layihəsində iştirakını dayandırmaq niyyətindədir”, - hesabatda deyilir.
Şirkət qərarını Ukraynada baş verən hadisələrlə əsaslandırıb. “Ukraynada insan itkisi bizi şoka saldı, buna görə təəssüflənirik”, - “Shell”in baş direktoru Ben van Beurden bildirib.