Türkiyə hərbi rəsmiləri Ukraynanı müzakirə etdi
Bu gün Türkiyənin hərbi rəsmiləri Ukraynadakı durumu müzakirə edib.
ENA.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Eləcə də bax: Sergey Şoyqu: "Rusiyanın nüvə qüvvələri hazır vəziyyətə gətirilib"
Milli müdafiə naziri Hulusi Akarın rəhbərliyi ilə keçirilən iclasda ölkənin Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər və digər yüksək rütbəli şəxslər iştirak ediblər.
Onlayn keçirilən görüşdə Rusiyanın Ukraynaya hücumu barədə fikir mübadiləsi aparılıb.