Gündəm

İlham Əliyev Ukraynada pulsuz yanacaq verməyi tapşırdı

“Azərbaycan Prezidenti İlham Əliyevlə danışığımızın nəticəsi olaraq, SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqələrinə təcili tibbi yardım maşınları və yanğınsöndürən maşınları pulsuz yanacaqla təmin etmək tapşırılıb”.

ENA.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Tvitterdə paylaşım edib.

“Gecə Azərbaycandan dərman gətirən təyyarə gözləyirik”, - o qeyd edib.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)